Beyləqanda SİLAHLI İNSİDENT:  31 yaşlı kişini güllələdi
23 sentyabr 2024 12:12 (UTC +04:00)

Beyləqanda SİLAHLI İNSİDENT: 31 yaşlı kişini güllələdi

Beyləqanda güllələnmə olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan şəhərinin ərazisində yerləşən torpaq sahəsində qeydə alınıb.
Şəhər sakini 1955-ci il təvəllüdlü Adil Əkbər oğlu Kərimov özünə məxsus “İJ-30” markalı tir tüfəngindən açdığı atəşdən həmyerlisi 1993-cü il təvəllüdlü Şamo Şəmşir oğlu Hüseynova xəsarət yetirib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

TƏBİB-dən Lent.az-a bildirilib ki, sentyabrın 21-də saat 17:00 radələrində Beyləqan rayon sakini 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ sağrı nayihəsinin qırma yarası diaqnozu təyin edilib.

Yaralıya zərui ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar