Bəyi xına gecəsində döyüb  xəstəxanalıq etdilər
29 avqust 2024 17:23 (UTC +04:00)

Bəyi xına gecəsində döyüb xəstəxanalıq etdilər

Türkiyədə bəyi xına gecəsində döyüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində baş verib. Toy salonunda 27 yaşlı bəy Yemlihan Kızıltoprakla rəqsə dəvət etdiyi əmisi oğlu Mehmet O. arasında münaqişə yaşanıb.

Bəyin ailə üzvləri Mehmet O-nu sakitləşdirərək evinə göndəriblər. Lakin o, evdə qardaşları və başqa qohumlarına mübahisə barədə danışaraq, onlarla birlikdə toy salonuna hücum edib. Burada o və qohumları bəyi dəmir küt alətlərlə döyərək ağır xəsarət yetiriblər.

Hadisə yerinə çağırılan təcili tibbi yardım həkimləri yaralını xəstəxanaya yerləşdiriblər. Məlumata görə, onun vəziyyəti ağırdır və komadadır.

Hadisə şahidlərinin sözlərinə görə, Mehmet O. 15 maşın və 20 nəfərlə birgə toya hücum edib. Polisin keçirdiyi əməliyyat tədbirləri ilə onların hamısı saxlanılıb. Lakin ifadələri alınandan sonra sadəcə 7-si həbsə atılıb.

Faktla bağlı araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

Oxşar yazılar