Bərdədə qadın hamamda qazdan zəhərlənib öldü
20 yanvar 2023 10:54 (UTC +04:00)

Bərdədə qadın hamamda qazdan zəhərlənib öldü

Bərdədə qadın dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin H. Aslanov küçəsində qeydə alınıb. Burada kirayədə yaşayan 59 yaşlı Kazımova Elnarə Əbülfəz qızı iki mərtəbəli yaşayış evinin həyətyanı sahəsində ayrıca tikilimiş hamam otağında çimərkən kustar üsulla hazırlanmış su qızdırcısında qaz sızması nəticəsində dəm qazından zəhərlənək ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1653
avatar

Mehman Nəbiyev

Oxşar yazılar