Bankalarda narkotik: Qış tədarüküdür? - QƏRİBƏ OLAY
25 iyul 2022 09:26 (UTC +04:00)

Bankalarda narkotik: Qış tədarüküdür? - QƏRİBƏ OLAY

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində əvvəllər də eyni əmələ görə xarici ölkədə məhkumluq həyatı yaşayan Q.Namətov tutularaq istintaqa təhvil verilib.

Onun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi və satış məqsədilə hazır şəkildə sellofan torbalarda, şüşə qablarda, eləcə də kibrit qutularında qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 270 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 2334
avatar

Fidan İlqar

Oxşar yazılar