Bakının mərkəzindəki restoranda DAVA:  xəsarət alan var
27 iyun 2022 17:10 (UTC +04:00)

Bakının mərkəzindəki restoranda DAVA: xəsarət alan var

Bakıda restoranda dava olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, H.Z. Tağıyev küçəsində yerləşən restoranlardan birində qeydə alınıb.

Dava zamanı orada olan Füzuli sakini, 23 yaşlı Aydın Cəfərli xəsarət alıb.

Faktla bağlı Səbail polisi tərəfindən araşdırma aparılır.

# 1965
avatar

Oxşar yazılar