Bakının mərkəzində  küçədə bıçaqlanmış  vəziyyətdə gənc tapılıb
19 iyul 2022 01:52 (UTC +04:00)

Bakının mərkəzində küçədə bıçaqlanmış vəziyyətdə gənc tapılıb

Bakının Nəsimi rayonunda küçədə bıçaqlanmış vəziyyətdə insan tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

Belə ki, metronun "28 May" stansiyasının yaxınlığında ürək və bədəninə ümumilikdə 9 bıçaq zərbəsi vurulmuş şəxs tapılıb.

Ordan keçən sürücülərdən biri yaralını avtomobillə 1 nömrəli xəstəxanaya yerləşdirib.

Bıçaqlanmış şəxs cərrahi əməliyyat edilir.

Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Yaralının adının Məhəmməd olduğu bildirilir.

Hadisənin təffərrüatları araşdırılır.

# 2814
avatar

Oxşar yazılar