Bakının bir rayonunda 115 nəfər  saxlanılıb
18 iyul 2022 18:36 (UTC +04:00)

Bakının bir rayonunda 115 nəfər saxlanılıb

Suraxanı rayonunda son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərinqanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq,dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraqodlu silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.

 Həmin şəxslərdən 75-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 40-ı barəsində məhkəmə tərəfindən həbs, 35-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 24 kiloqram narkotik vasitə, psixotrop maddə və 500 ədəd kultivasiya edilən çətənə kolu aşkar edilib. Narkotiklə bağlı saxlanılardan 11-i Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar. 

 Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan, Bülbülə və Binə qəsəbələrində yerləşən evlərdən, mağazalardan, avtomobillərdən silsilə oğurluqlar edən, habelə sosial şəbəkələrdə mebel satışı ilə bağlı saxta elan verərək 16 nəfəri dələduzluq yolu ilə aldadan və quldurluq edən 37 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 41 obyektdən pul, məişət və digər əşyalar oğurladıqları, habelə 5 nəfər qarşı quldurluq etdikləri müəyyən edilib. Hesabat dövründə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan 3 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd avtomat silah və 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

# 1821
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11