Bakıdakı  idman zalında   FACİƏ: 40 yaşlı kişi...
10 mart 2023 17:04 (UTC +04:00)

Bakıdakı idman zalında FACİƏ: 40 yaşlı kişi...

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.

40 yaşlı Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

# 2856
avatar

Oxşar yazılar