Bakıda telefon mağazasından  oğurluq edildi   - FOTO
12 iyul 2022 20:54 (UTC +04:00)

Bakıda telefon mağazasından oğurluq edildi - FOTO

Bakının Nəsimi rayonunda oğurluq baş verib.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində - Rövşən Cəfərov küçəsində yerləşən dükanda baş verib.

Belə ki, Fərid Rzayevə məxsus dükanın şüşəsi sındırılıb. Dükan sahibi hadisədən xəbər tutaraq əraziyə gəlib. Müvafiq olaraq ərazi üzrə 19-cu Polis Bölməsinə məlumat verilib.

Dükan sahibi Lent.az-a bildirib ki, təxminən ona 2 min manatdan çox zərər dəyib. 

Oğurlanan telefon aksesuarları və mobil telefonlardır.

Polis Bölməsinin əməkdaşları ərazidə əməliyyat-axtarışı aparıb. 

Müvafiq olaraq təhlükəsiz şəhər kamerasının görüntülərinə baxılıb. 

Məlum olub ki, oğuluğu edən yaxınlıqda yerləşən kafedən çıxan şəxs olub.

Həmin şəxsin axtarışlarına başlanılıb.

Nurlan Əli
 

# 2001
avatar

Oxşar yazılar