Bakıda süpürgəçini maşın vurub öldürdü
07 noyabr 2022 14:55 (UTC +04:00)

Bakıda süpürgəçini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisində, Milli Olimpiya Stadionunun yaxınlığında baş verib.

Qəzada dünyasını dəyişən şəxsin süpürgəçi qadın olduğu bildirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə günrota saatlarında qeydə alınıb:

""Chevrolet" markalı avtomobil ad-soyadı hələlik bilinməyən bir qadını vurub. Piyada "Hyundai" markalı digər avtomobilin qarşısına düşüb. Nəticədə o, yerindəcə keçinib. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Araşdırma aparılır".

# 2934
avatar

Oxşar yazılar