Bakıda  ŞOK ŞANTAJ:   Bazarlıq etdirib, restoranda hesab ödətdilər
03 fevral 2023 11:23 (UTC +04:00)

Bakıda ŞOK ŞANTAJ: Bazarlıq etdirib, restoranda hesab ödətdilər

Bakıda gənc qız şantaj olunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 

Bakı şəhər sakini G.V (xanımın adı şərtidir) polisə ərizə ilə müraciət edərək Nadir və Sevinc adlı şəxslər tərəfindən şantaj olunduğunu bildirib.

Şikayətçi qeyd edib ki, adıçəkilən şəxslər onun şəxsi həyatına aid şəkilləri yayacaqları ilə hədələyib ona ərzaq, ayaqqabı, bahalı geyim əşyaları aldırıblar. 

Bundan başqa, həmin şəxslər G.V ilə Bakıdakı bahalı restoranlardan birinə gedərək yeyib-içdikdən sonra hesabı da ona ödədiblər. 

Daxil olan şikayət əsasında polisdə araşdırma aparılır. 

 

# 3207
avatar

Fidan İlqar

Oxşar yazılar