Bakıda şirkətin anbarından 20 minlik OĞURLUQ
24 noyabr 2022 14:44 (UTC +04:00)

Bakıda şirkətin anbarından 20 minlik OĞURLUQ

Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20.000 manat dəyərində elektrik və inşaat materialları qeyri-aşkar şəaitdə oğurlanıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Araşdırma aparılır.

# 1653
avatar

Oxşar yazılar