Bakıda restoranda dava: Bir nəfər bıçaqlandı
23 iyul 2022 02:40 (UTC +04:00)

Bakıda restoranda dava: Bir nəfər bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

Lent.az xəbər verir ki, hadisə Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən restoranda qeydə alınıb.

1988-ci il təvəllüdlü Əhmədov Fərid Zabil oğlu iaşə obyektində olarkən dava düşüb.

Nəticədə o, naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

O, cərrahi əməliyyat edilib.

Həkimlər F.Əhmədovun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

# 2919
avatar

Oxşar yazılar