Bakıda qaynaqçı hündürlükdən YIXILDI
19 iyul 2022 14:10 (UTC +04:00)

Bakıda qaynaqçı hündürlükdən YIXILDI

Bakıda qaynaqçı hündürlükdən yıxılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Nərimanov rayonu, Böyükşor qəsəbəsi 15 A, Dalan 2 ünvanında baş verib.

Belə ki,"Metak" MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Paşayev Vüqar Azər oğlu iş vaxtı sexdə dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq "ağır kəllə beyin" travması alıb. Daha sonra isə Kliniki Tibii Mərkəzə yerləşdirilib. 

Onun vəziyyəti ağır olduğundan  izahatının alınması mümkün olmayıb.

Qeyd edək ki, damı təmir edilən sex MMC-yə məxsusdur.

Hazırda fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

# 2280
avatar

Mehman Nəbiyev

Oxşar yazılar