Bakıda qadın gözəllik salonunu qarət etdi
28 sentyabr 2022 14:33 (UTC +04:00)

Bakıda qadın gözəllik salonunu qarət etdi

Bakıda gözəllik salonundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 3633
avatar

Oxşar yazılar