Bakıda qadın gənc qızları fahişəliyə cəlb etdi
17 yanvar 2023 15:53 (UTC +04:00)

Bakıda qadın gənc qızları fahişəliyə cəlb etdi

Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, A.İ. (ad şərtidir) Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan 4 qız var.

İddiaya görə, 29 yaşlı A.İ “Whatsapp” tətbiqi vasitəsilə gənc qızları 50 manat qarşılığında kişilərlə görüşdürüb. Bu görüşlər müxtəlif ünvanlarda baş tutub.

Məhkəmənin qərarı ilə A.İ barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı davam edir.

# 2154
avatar

Mehman Nəbiyev

Oxşar yazılar