Bakıda  poçt qutularında   narkotik gizlədən yaxalandı -  FOTO
02 sentyabr 2022 12:01 (UTC +04:00)

Bakıda poçt qutularında narkotik gizlədən yaxalandı - FOTO

Bakıda narkotacir heroini qeyri-adi üsulla gizlədib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı əvvəllər məhkum olumuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda - 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib.

O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

# 1716
avatar

Mehman Nəbiyev

Oxşar yazılar