Bakıda oteldə intihara cəhd oldu
21 iyul 2022 03:42 (UTC +04:00)

Bakıda oteldə intihara cəhd oldu

Bakının Yasamal rayonunda 39 yaşlı kişi özünü bıçaqlayıb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən otellərin birində baş verib. 

1983-cü il təvəllüdlü Məmmədov Əhliman Əmrah oğlu qaldığı otel otağında özünə bir neçə bıçaq zərbəsi vurub.

Yaralı 1 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Nurlan Əli
 

# 2955
avatar

Oxşar yazılar