Bakıda ölümlə nəticələnən ağır qəza: SÜRÜCÜ YUXUYA GETDİ...  - VİDEO
27 dekabr 2021 03:05 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən ağır qəza: SÜRÜCÜ YUXUYA GETDİ... - VİDEO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı 4 nəfər xəsarət alıb və bir nəfər ölüb.

Lent.az APA-ay istinadən xəbər verir ki, hadisə Məmmədli qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Xanmirzəyev Şahüseyn Xəqani oğlu hərəkətdə olan zaman Camallədin Məmmədov idarə etdiyi “AzSamand” markalı maşını onun nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, o cümlədən onun atası, 1968-ci il təvəllüdlü Xəqani Xanmirzəyev Şahüseyn oğlu, anası Xanmirzəyeva Rəsmiyyə Bilal qızı ağır xəsarətlər alıb. 

Qəza zamanı “Azsamand”ın sərnişini, 1981-ci il təvəllüdlü Əliyev Ramin Sabir oğlu da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“AzSamand”ın sürücüsü Camallədin Məmmədov hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq “morq”a təhvil verilib.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

Yol Patrul Xidmətinin əməkdaşı Samir Əzimov APA-ya açıqlamasında bildirib ki, “AzSamand” markalı maşının sürücüsü sükan arxasında yuxuya gedib. Qəzaya səbəb məhz bu olub.

# 37917
avatar

Oxşar yazılar

Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02