Bakıda oğul atasını döyərək öldürdü - ŞOK CİNAYƏT
13 yanvar 2023 10:55 (UTC +04:00)

Bakıda oğul atasını döyərək öldürdü - ŞOK CİNAYƏT

Bakıda oğul atasını döyərək öldürüb. 

Lent.az-ın məlumatına görə, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini İbrahim İbrahimov xəsarətlə xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polisin apardığı araşdırmalarla məlum olub ki, İ.İbrahimovu oğlu döyüb.

Belə ki, onun oğlu, əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov aldığı xəsarətlərdən yanvarın 12-də xəstəxanada ölüb.

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

# 4575
avatar

Oxşar yazılar