Bakıda metronun yaxınlığında ÖLÜM
04 avqust 2022 16:17 (UTC +04:00)

Bakıda metronun yaxınlığında ÖLÜM

Bakıda "28 May" metrostansiyası yaxınlığında ölüm hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, naməlum kişi qəfildən yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma nəticəsində küçədə ölən şəxsin 63 yaşlı Urfan Kərimli olması müəyyən edilir. İlkin məlumata görə, o, ürəktutmasından həyatını itirib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

# 2640
avatar

Fidan İlqar

Oxşar yazılar