Bakıda maşının nömrəsini  oğurlayıb pul aldılar
22 mart 2023 18:14 (UTC +04:00)

Bakıda maşının nömrəsini oğurlayıb pul aldılar

Bakı sakininin pulu hədə-qorxu ilə əlindən alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb.

# 2358
avatar

Oxşar yazılar