Bakıda maşın qiymətində velosiped  OĞURLANDI
08 sentyabr 2022 12:26 (UTC +04:00)

Bakıda maşın qiymətində velosiped OĞURLANDI

Bakıda bahalı velosiped oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayonun S.Vəzirov küçəsindəki evlərdən birinin girişindən 8500 manat dəyərində velosipedin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Etiqad Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxtın Səbail rayonu ərazisində bir velosiped dayanacağından və 2 evin girişlərindən  dəyəri 2 min manatdan artıq olan daha 3 velosipedi  oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

# 2514
avatar

Mehman Nəbiyev

Oxşar yazılar