Bakıda kondisioner ustası faciəvi  şəkildə öldü
01 iyun 2023 09:35 (UTC +04:00)

Bakıda kondisioner ustası faciəvi şəkildə öldü

Bakıda usta faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində baş verib. Kondisioner ustası işləyən 65 yaşlı Səfərov Rəhman Əbülfəz oğlu buradakı "Yasamal yağdəyişmə mərkəzi"nin ikinci mərtəbəsində pəncərədən çıxaraq motor quraşdırarkən yıxılıb.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən R. Səfərov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 2043
avatar

Mehman Nəbiyev

Oxşar yazılar