Bakıda kişini amansızlıqla öldürüb yol kənarına atdılar - 2 il əvvəl baş verən qətlin  TƏFƏRRÜATI
25 iyul 2022 09:56 (UTC +04:00)

Bakıda kişini amansızlıqla öldürüb yol kənarına atdılar - 2 il əvvəl baş verən qətlin TƏFƏRRÜATI

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Lent.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında 2020-ci il oktyabrın 11-də paytaxt sakini Rüstəm Bayramovun meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində asfalt yolun kənarında aşkar edildiyi bildirilir. 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilərək iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib və istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən edilib ki, 2020-ci il oktyabr 10-u saat 22 radələrində Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Rüstəm Bayramovun baş və bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik və yerdən götürdükləri daş parçaları ilə zərbələr endirərək onu qəsdən öldürmələrinə əsaslı şübhələr var. Toplanmış mötəbər sübutlar əsasında cari il iyulun 23-də hər 3 şəxsə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib. 

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində  saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

# 4806
avatar

Sevinc Fərid

Oxşar yazılar

Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

28 mart 2024 , 19:18
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44
Ata  qızlarını güllələyib   intihar etdi

Ata qızlarını güllələyib intihar etdi

28 mart 2024 , 14:33