Bakıda “KamAZ”la “Mercedes” toqquşdu, 2 nəfər... - FOTO
17 mart 2023 03:51 (UTC +04:00)

Bakıda “KamAZ”la “Mercedes” toqquşdu, 2 nəfər... - FOTO

Bakının Nəsimi rayonunda baş verən qəzada xəsarət alanların sayı artıb.

Lent.az xəbər verir ki, hadisə nəticəsində yaralı sayı iki olub.

Qzəza zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Əhmədli Ülvi Sərdar oğlu və həmyaşıdı Gəncəliyev Gülağa Eldar oğlu Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Saat 00:36

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, avtoqəza Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq, prospektdə hərəkətdə olan “Mercedes” markalı minik maşınına çırpılıb.

Zərbənin təsirindən minik avtomobili əvvəlcə səkiyə daha sonra işıq dirəyinə çırpılaraq dayanıb.

Qəza zamanı minik maşınında olan sərnişin xəsarət alıb.

O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 2283
avatar

Oxşar yazılar