Bakıda "KaMAZ" minik maşını ilə toqquşdu, ölən var
27 may 2023 17:35 (UTC +04:00)

Bakıda "KaMAZ" minik maşını ilə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə mayın 26-da saat 4 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini F.Hümbətovun idarə etdiyi “Toyota” və Xaçmaz rayon sakini T.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “Toyota” markalı avtomobildə olan sərnişin Ə.Qarayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 2337
avatar

Oxşar yazılar