Bakıda itkin düşən 3 yaşlı uşaq  TAPILDI
20 iyun 2022 12:24 (UTC +04:00)

Bakıda itkin düşən 3 yaşlı uşaq TAPILDI

Bakıda azyaşlı itkin düşüb.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində qeydə alınıb. 3 yaşlı Azər Nəsirov (şərti adla) ailə üzvləri yuxuda olarkən yaşadığı evdən çıxıb. Daha sonra ailə üzvləri itkin düşən övladlarını axtarmağa başlayıblar.

Uşağın atası T. Məhərrəmov hadisə ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı küçədə tapılaraq ailəsinə təhvil verilib.

# 2412
avatar

Mehman Nəbiyev

Oxşar yazılar