Bakıda  icarəyə götürdüyü   avtomobili dirəyə çırpdı,  dostları   yaralandı
21 sentyabr 2022 04:48 (UTC +04:00)

Bakıda icarəyə götürdüyü avtomobili dirəyə çırpdı, dostları yaralandı

Bakının Qaradağ rayonunda yol qəzası qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1988-ci il təvəllüdlü Novruzov Ruhin Şirməmməd oğlu icarəyə götürdüyü “KIA” markalı maşında sükana nəzarəti itirrib.

Bundan sonra avtomobil işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - dostları 2002-ci il təvəllüdlü Novruzov Hanifi Rasim oğlu o cümlədən 2002-ci il təvəllüdlü Məmmədli Cavid Cəlal oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

# 2010
avatar

Oxşar yazılar