Bakıda güclü YANĞIN:  xəsarət alan var - YENİLƏNİB
27 sentyabr 2024 16:09 (UTC +04:00)

Bakıda güclü YANĞIN: xəsarət alan var - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən bildirilib

***
15:38

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd isə Lent.az-a bildirib ki, yanğın nəticəsində bir qadın tüstüdən zəhərlənmə diaqnozu ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

O bildirib ki, xəstəyə zəruri ilkin tibbi yardım xidmətləri göstərilir, vəziyyəti orta-ağırdır.

***

14:51

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb. 

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***
13:46

Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Oxşar yazılar