Bakıda güclü küləyin FƏSADLARI:  ağaclar aşdı... - FOTO  - VİDEO
09 fevral 2023 09:46 (UTC +04:00)

Bakıda güclü küləyin FƏSADLARI: ağaclar aşdı... - FOTO - VİDEO

Bakıda güclü külək bir sıra fəsadlar törədib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Lent.az-a verilən məlumata görə dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib.

Ağaclara dəyən ziyan Xətai rayonu Məzahir Rüstəmov, Nizami rayonu Bəkir Çobanzadə küçəsi, Yasamal rayonu Abdulsalam Vahabzadə küçələrində qeydə alınıb.

# 2943
avatar

Oxşar yazılar