Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
29 iyul 2022 09:37 (UTC +04:00)

Bakıda fəhlənin ölümü ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

İş üzrə istintaq davam edir.

# 2229
avatar

Fidan İlqar

Oxşar yazılar