Bakıda avtomobil  “KamAZ”-ı vuraraq aşırdı,   yük yola dağıldı - FOTO
01 iyul 2022 01:30 (UTC +04:00)

Bakıda avtomobil “KamAZ”-ı vuraraq aşırdı, yük yola dağıldı - FOTO

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

“Nissan” markalı minik maşınını idarə edən sürücü yüksək sürətlə baş yolda olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə “KamAZ”-ın içərisindəki yük yola dağılıb.

Yük maşını isə minik avtomobilinin üzərinə aşıb.

Qəza nəticəsində “Nissan”-nın sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

# 2643
avatar

Oxşar yazılar