Bakıda avtobus məktəblini vurub öldürdü
25 may 2023 17:11 (UTC +04:00)

Bakıda avtobus məktəblini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 8 yaşlı Famil Quluzadəni vurub. Onun sözlərinə görə, başından ağır xəsarət alan 8 yaşlı oğlan yerindəcə keçinib.

Hadisəni törədən avtobusun sürücüsü, 46 yaşlı Anar Hüseynov saxlanılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

# 2193
avatar

Oxşar yazılar