Bakıda anbardan 30 minlik  OĞURLUQ
27 may 2023 11:01 (UTC +04:00)

Bakıda anbardan 30 minlik OĞURLUQ

Bakıda anbardan külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30.000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri  əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1656
avatar

Oxşar yazılar