Bakıda ana həbsxanaya şampunun içində narkotik apardı
24 sentyabr 2022 09:06 (UTC +04:00)

Bakıda ana həbsxanaya şampunun içində narkotik apardı

Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Mahir İlham oğlu Əliyevə anası Əsli Ramazan qızı Əliyeva tərəfindən gətirilmiş sovqata baxış keçiriliib. Bu zaman orada olan saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,246 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 1,752 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2460
avatar

Oxşar yazılar