Bakıda 82 yaşlı qadını maşın vurub öldürdü
06 may 2022 13:34 (UTC +04:00)

Bakıda 82 yaşlı qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə mayın 5-i günorta saatlarında paytaxtın Heydər Əliyev prosopektində, "Asan Xidmət"in qarşısında qeydə alınıb. Yolu keçməyə çalışan 82 yaşlı Abraamova Svetlana Yakovlevnanın avtomobil vurub.

O, ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 1881
avatar

Mehman Nəbiyev

Oxşar yazılar