Bakıda 66 yaşlı kişi  qadına hücum etdi: Boğazından tutub... - YENİLƏNİB
17 noyabr 2022 16:10 (UTC +04:00)

Bakıda 66 yaşlı kişi qadına hücum etdi: Boğazından tutub... - YENİLƏNİB

Bakıda qadına hücum edən şəxs istintaqa cəlb olunub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. O bildirib ki, əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

İstintaq hərəkətləri davam etdirilir.

***
Saat: 12:40

Ötən gün Bakıda 50 yaşlı qadına bir nəfər hücum edib.

Lent.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə öz şəxsi "Twitter" hesabında məlumat verib. Hadisə Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.

H. Novruzzadənin sözlərinə görə, bibisi Məmmədzadə Nazilə Abbasqulu qızı işdən evə gedəndə dar küçələrin birində qoca kişinin hücumuna məruz qalıb:

“Saçını dartıb, boğazından tutub sürümək istəyəndə bibim cəld tərpənib. Qarnından aşağı təpiklə vurub, həmin adam çökəndə çanta və yumruqla başına vurub. Durub qaçmaq istəyəndə bibim qoymayıb, qışqıraraq kömək çağırıb. Həmin şəxs qaçıb girib qəbiristanlığa. Amma həmin şəxsi tanıyıb. Qonşuları Tofiq imiş. Evə gedib polis çağırıblar və adam saxlanılıb”.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisəni törədən 66 yaşlı T.İbrahimov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Məlumata əsasən, onun orta dərəcədə sərxoş olması məlum olub.

Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

# 3153
avatar

Oxşar yazılar