Bakıda 3700 manatlıq  oğurluq edildi
13 mart 2023 12:03 (UTC +04:00)

Bakıda 3700 manatlıq oğurluq edildi

Bakının Xətai rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub. 

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1143
avatar

Arzu Qurbanlı

Oxşar yazılar