Bakı qəbiristanlığından 3 minlik  OĞURLUQ
15 may 2023 10:46 (UTC +04:00)

Bakı qəbiristanlığından 3 minlik OĞURLUQ

Bakıda qəbiristanlıqdan oğurluq edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1323
avatar

Fidan İlqar

Oxşar yazılar