Bakı-Ələt yolunda mikroavtobus AŞDI : 7 nəfər...
28 may 2022 21:56 (UTC +04:00)

Bakı-Ələt yolunda mikroavtobus AŞDI: 7 nəfər...

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. 
KTM-dən Lent.az-a verilən məlumata görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib. Xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər. 
 

# 3447
avatar

Oxşar yazılar