Bakı aeroportunda silahlı şəxs saxlanıldı
19 noyabr 2022 15:25 (UTC +04:00)

Bakı aeroportunda silahlı şəxs saxlanıldı

Bakı aeroportunda sərnişindən silah aşkarlanıb.

Bu barədə Lent.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

# 3006
avatar

Oxşar yazılar