Bağ evində əyləncə FACİƏ  ilə bitdi: Sevgilisini öldürüb  intihar etdi
03 iyun 2024 14:37 (UTC +04:00)

Bağ evində əyləncə FACİƏ ilə bitdi: Sevgilisini öldürüb intihar etdi

Sankt-Peterburqun Kurortnı rayonundakı bağ evində 25 yaşlı kişi sevgilisini bıçaqlayıb, rəfiqələrini yaralayıb və intihar edib.

Lent.az bildirir ki, bu barədə RİA Novosti regionun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Hadisə iyunun 1-dən 2-nə keçən gecə Tankistov küçəsində baş verib. Səbəb spirtli içki qəbul edərkən xoşa gəlməyən münasibətlərdən yaranan münaqişədir.

“Sankt-Peterburq sakini sevgilisinə çoxsaylı bıçaq zərbələri vurub, qız yerindəcə keçinib, o, həm də qızla bağ evində birlikdə istirahət etdikləri daha üç rəfiqəsini də yaralayıb”.

Məlumata görə, gənc daha sonra intihar edib. Gələn həkimlər iki nəfərin ölümünü təsdiqləyiblər.

Mənbənin sözlərinə görə, faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Oxşar yazılar