Babasının pulunu və qızıllarını oğurladı - BAKIDA
15 noyabr 2022 13:10 (UTC +04:00)

Babasının pulunu və qızıllarını oğurladı - BAKIDA

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bu barədə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1551
avatar

Oxşar yazılar