Azyaşlı uşağı ilə intihar etmək istəyən qadınla bağlı YENİ XƏBƏR 
24 may 2023 14:32 (UTC +04:00)

Azyaşlı uşağı ilə intihar etmək istəyən qadınla bağlı YENİ XƏBƏR 

Bir neçə gün bundan əvvəl Dənizkənarı Milli Park ərazisində intihara cəhd hadisəsi olub. Belə ki, 38 yaşlı Nuranə Cavadova əvvəl azyaşlı övladını suya atıb, sonra isə özü intihara cəhd edib. Hər ikisi ətrafdakıların və xilasedicilərin köməyi ilə sudan sağ-salamat çıxarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nuranə Cavadova xəstəxanada müalicə alır:

“Onun vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, qadının həyat yoldaşı Cavid Cavadov mediaya açıqlamasında bildirib ki, həyat yoldaşı axşam saatlarında azyaşlı övladı ilə parkda gəzmək adı ilə evdən çıxıb və bundan əvvəl də 3 dəfə intihara cəhd edib. 

Qeyd edək ki, Nuranə Cavadova hazırda aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir.

# 3039
avatar

Arzu Qurbanlı

Oxşar yazılar