Azərbaycanlıların hazırladığı kokteyl  Rusiyada 18 nəfəri öldürdü 
06 iyun 2023 12:17 (UTC +04:00)

Azərbaycanlıların hazırladığı kokteyl Rusiyada 18 nəfəri öldürdü 

Rusiyada alma kokteylindən zəhərlənənlərin sayı 51-ə çatıb. 

Lent.az xəbər verir ki, onlardan 18 nəfəri dünyasını dəyişib. 

Araşdırmalar zamanı məlum olub ki, kokteylə qatılan maye saxta metil spirti olub. Bu məhsulu “Mister Cider” şirkəti istehsal edirmiş.

Şirkətin təsisçisi Anar Hüseynov, baş direktor isə Rafiq Müdarisovdur. Artıq baş direktor saxlanılıb. 

Ekspertlərin fikrincə, ölənlərin sayının artacağı gözlənilir. 
 

# 2661
avatar

Sevinc Fərid

Oxşar yazılar