Azərbaycanın bu ərazilərində leysan olub
31 iyul 2022 21:27 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində leysan olub

Azərbaycandakı faktiki hava şəraiti barədə məlumat açıqlanıb.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, iyulun  31-i  saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və  Ləzədə leysan xarakterli intensiv olub.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 mm təşkil edib.
Qərb küləyinin sürəti Şamaxıda 16 m/s -ə çatıb.
 

# 3933
avatar

Oxşar yazılar