Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb.
Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin saytında yer alan məlumata görə, zəlzələ Laçın rayonunda baş verib.