Azərbaycanda YOL QIRĞINI:  2 gündə 11 nəfər öldü
27 iyun 2022 10:15 (UTC +04:00)

Azərbaycanda YOL QIRĞINI: 2 gündə 11 nəfər öldü

Azərbaycanda həftəsonu baş verən cinayət hadisələrinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 25-də və 26–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 96-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.     

Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.     

Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

# 2775
avatar

Oxşar yazılar