Azərbaycanda şagirdi sinif yoldaşının atası  döydü - YENİLƏNİB
23 sentyabr 2024 12:40 (UTC +04:00)

Azərbaycanda şagirdi sinif yoldaşının atası döydü - YENİLƏNİB

Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, Beyləqan RPŞ-də müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək".

***

saat 12:19

Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.

Lent.az xəbər verir ki, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.

Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb:

"Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır"./modern.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar